Qatarla Naxçıvana getmək nə vaxt mümkün olacaq?

0
1749455038.0031333

Bakı-Naxçıvan dəmir yolu Rəşt-Astara dəmir yolunun bir hissəsinin tikintisi barədə kredit sazişinin imzalanmasından 3 il sonra işə düşəcək.


42-CiParalel.Az

xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, hazırda həmin kredit sazişinin imzalanması üçün hazırlıq işləri aparılır: “Bu marşrut üzrə qatarlar hərəkətə başlayandan sonra demək olar ki, Naxçıvanın dəmir yolu blokadası aradan qalxacaq. Saatda 60 kilometr orta sürəti nəzərə alaraq Bakıdan Naxçıvana 28-30 saata çatmaq olar”.

C.Qurbanov qeyd edib ki, bu, həm Naxçıvana turist axınını artıracaq, həm də yükdaşımalarını asanlaşdıracaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir