Trampın kürəkəni Ağ Evdə yaradılan yeni quruma rəhbər təyin edilib

0
1749455078.2689762

ABŞ prezidenti Donald Trampın kürəkəni və eyni zamanda müşaviri Cared Kuşner Ağ Ev nəzdində yaradılan İnnovasiya idarəsinə rəhbər təyin edilib.


42-CiParalel.Az

-ın məlumatına görə Ağ Evin mətbuat katibi Şon Spayser bəyan edib.

“Bu, daha çevik və qənaətcil hökumətin formalaşmasına imkan yaradacaq”, deyə Ş.Spayser bildirib.

Onun sözlərinə görə, C.Kuşner həmçinin nazirlik və idarələrdə texnologiyaların təkmilləşdirilməsi ilə məşğul olacaq.

Qeyd edək ki, sahibkar və milyonçu Cared Kuşner Trampın qızı İvankanın həyat yoldaşıdır. Yanvarın 10-da onun 36 yaşı tamam olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir