Türkiyə Ukrayna ordusuna 3 milyon dollar ayırdı
Türkiyə hökuməti Ukrayna ordusuna 3 milyon dollar ayıracaq.
42-CiParalel.Az
UNN agentliyinə istinadən xəbərə görə, bu barədə Ukraynanın Türkiyədəki səfiri Andrey Sıbiqa özünün “Tvitter” hesabında yazıb.
“İlin olduqca gözəl sonucu. Bu gün imzaladığım sazişə görə, Türkiyə hökuməti 2017-ci ildə Ukrayna ordusuna 3,1 milyon dollar ayıracaq. Strateji tərəfdaşlığımız davam edir”, A. Sıbiqa qeyd edib.
