Saatlı Su Kanal idarəsinin rəisi Üzeyir Kazımovun meyiti tapılıb.

0
1749455211.9069266




42-CiParalel.Az


Yaxınlarının APA-ya verdiyi məlumata görə, Ü. Kazımovun meyiti bu gün səhər saatlarında Saatlı rayonu ərazisində su kanalının yaxınlığında yerləşən bağ sahəsində ağacdan asılmış vəziyyətdə aşkarlanıb.




Bildirilir ki, dünən saat 21 radələrindən sonra Ü. Kazımovun telefonuna zəng çatmayıb. Yaxınlarının apardığı axtarışlar nəticəsində o, bu gün səhər asılmış vəziyyətdə tapılıb.




Yaxınları onun asılaraq öldürüldüyünü ehtimal edirlər. Bundan başqa, meyit tapılandan sonra polisin hadisə yerinə gec gəlməsi mərhumun yaxınlarının narazılığına səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir