Search for:

İraqda jurnalist qadın qaçırılıb

Paylaş:

Naməlum silahlı şəxslər İraqın paytaxtı Bağdadda jurnalist qadını evindən qaçırıblar.


42-CiParalel.Az

xarici mediaya istinadən xəbər verir ki, həmin şəxslər özlərini təhlükəsizlik qüvvələrinin əməkdaşları kimi təqdim edərək Afra Şauki Hammudinin mənzilinə soxulublar.

Onlar jurnalistin oğlunun əl-qolunu bağlayıb, mobil telefonları, kömpüteri və pul götürüb Afranı da özləri ilə qaçırıblar.

Məlumatda qeyd edilir ki, 43 yaşlı Hammudi ərəb dilində çap olunan “Aş-Şark əl-Ausat” beynəlxalq qəzetində işləyir, eləcə də bir sıra xəbər portalları ilə əməkdaşlıq edirdi.

Paylaş: