Həmyerlimiz Tünzalə Məmmədzadə dünyada ilk ipək kitabı hazırlayıb.

0
1749455245.0334158




Hazırda Türkiyədə yaşayan həmyerlimiz Tünzalə Məmmədzadə dünyada ilk ipək kitabı hazırlayıb.

3 il müddətində hazırlanan Quran-i Kərim




kitabında surələr qara şəffaf ipək üzərində qızılı və gümüşü boyalarla yazılıb. Ölçüsü 29 x 33 sm –dir. Kitabın hazırlanmasında 50 metr parça 1500 ml boyadan, üz qabığında dəri materialından istifadə olunub.

Rəssam hazırladığı kitabdan danışarkən gördüyü işin çox böyük məsuliyyət tələb etdiyini bildirib:

“Rəssamlıq Akademiyasını bitirmişəm və hazırda Marmara Universitetində sənət tarixi üzrə doktorantura təhsili alıram. Müəllif hüquqları qorunan rəssamlardanam və əvvəllər də ipək üzərində işləmişəm. Bu təklif mənə gələndə əvvəlcə tərəddüd etdim, çünki məsuliyyəti böyük idi. Ancaq 3 il müddətində işlədim və dünyadakı yeganə ipək kitabı hazırladım. Çox şadam ki, bu kitab da Quran-i Kərim oldu”.



Həmyerlimiz Tünzalə Məmmədzadə dünyada ilk ipək kitabı hazırlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir