Poeziya dəqiqələrindən bir parça
Mən sənin görüşünə hər
səhər can atıram,
Fəqət neçə səhərim
beləcə köçüb gedir
Körpə uşaqlar kimi özümü
aldadıram.
Bu aldanmış könlümü
bilsən neçə incidir.
Mən
sənin görüşünə can atıram hər axşam,
Istəyirəm ulduzlar yoluma nur çiləsin.
Mən
səninçin biləsən nə qədər darıxmışam,
Bircə an
görüm səni,barı qəlbim dincəlsin.
Mən
səni görməkçün sel olmaq istəyirəm,
Keçilməz sədlər keçib,dincəlməyim bir an
da.
Bəzən xəyallarımla tək qalmaq istəyirəm,
Xəyalən görüm səni ürəyim darıxanda.
Mən sənin görüşünü ömrüm günüm sanmışam,
Mən ömrümə
günümə necə can atmayım bəs?
Bir el
məsəli vardır,mən ona inanmışam:
“Quşda öz
yuvasından ayrı yaşaya bilməz”.
Mən sənin görüşünə can atıram aramsız,
Ömrümdən yarpaq-yarpaq düşsə də günlər
mənim.
Könlüm rahatlığını səndə tapacaq
yalnız,
Görməyə can atdığım ey həyatim canim mənim.
