Xaçmazda şəhidlərin baş daşlarının qoyulması problemə çevrilib

0
1749455254.3493416






Son aylarda şəhid olan əsgərlərimizdən 3-ünün baş daşı hələ də qoyulmayıb.



Bu barədə Xaçmaz rayon sakinləri məlumat yayıb. Xaçmazlılar dördgünlük müharibədə şəhid olan Mirzəyev Elvin və Qayıbov Elvinin, həmçinin may ayında şəhid olan Yüzbəyov Əmrahın qəbirlərinin diqqətsiz qalmasından narazılıqlarını dilə gətiriblər. Məlumata görə, şəhidlərin baş daşlarının Müdafiə Nazirliyi tərəfindən qoyulacağı bildirib. Lakin sonradan onların ailələrinə məlumat verilib ki, baş daşlarını Müdafiə Nazirliyi deyil, Xaçmaz Rayon İcra Hakimiyyəti düzətməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir