“Uşaqların həlak olması məni dərindən kədərləndirib” – Əliyev

0
1749455280.2120657

Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib.

Mətndə qeyd olunur:

“Hörmətli Vladimir Vladimiroviç,

Kareliyadakı Syamozero gölündə fırtına nəticəsində uşaqların həlak olması xəbəri məni dərindən kədərləndirib.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir