Türkiyə Parlamentində əlbəyaxa dava
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tanınmış jurnalistlər Can Dündar və Ermen Gülün həbsdən azad edilməsi haqda məhkəmə qərarını qəbul etmədiyini deyib
42-ciparalel.az Modern.az-a istinadən Türkiyə mediasına istinadən xəbər verir ki, prezidentin məhkəmənin qərarına hörmət etməməsi parlamentdə davaya səbəb olub.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) bu gün keçirilən iclasında CHP-dən olan deputatlar Ərdoğana etiraz ediblər.
Müxalifət təmsilçilərinin sərt çıxışna hakim AKP-nin cavabı gecikməyib.
Deputatların söz dueli sonda əlbəyaxa davaya çevrilib. CHP-li Barış Yarkadaş ile AKP təmsilçisi Mehmet Metinerin davasına deputat həmkarları müdaxilə edib.
42-ciparalel.az
