Yunanıstan xarici işlər nazirinin Azərbaycana səfəri başlayır

0
1749455358.9705503


2-4 fevral tarixində Yunanıstanın xarici işlər naziri Nikos Kotziasın Azərbaycana rəsmi səfəri başlayır.


Azərbaycan XİN-dən 42-ciparalel.az-a verilən məlumata görə, səfər çərçivəsində N.Kotziasın fevralın 2-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.

Məlumatda bildirilir ki, N.Kotziasın eyni zamanda, Azərbaycan-Yunanıstan parlamentlərarası dostluq qrupunun üzvləri və energetika naziri Natiq Əliyevlə görüşlər keçirəcəyi də nəzərdə tutulur.

Görüşlər zamanı tərəflər iki dövlət arasında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.

Məlumatda o qeyd olunur ki, N.Kotzias Bakıdan Amsterdama yola düşəcək.


42-ciparalel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir