Yunan nazir Azərbaycanda
Nikos Kotziasın səfəri fevralın 4-dək davam edəcək.
Yunanıstanın
xarici işlər nazirinin Azərbaycana rəsmi səfəri başlayıb.
42-ciparalel.az-ın məlumatına görə,
Nikos Kotziasın
səfəri fevralın 4-dək davam edəcək.
Xarici İşlər Nazirliyinin
mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Nikos Kotziasın fevralın 2-də Azərbaycanın xarici işlər naziri
Elmar Məmmədyarov
ilə görüşü keçiriləcək. Görüşdən sonra birgə mətbuat konfransı təşkil ediləcək. O, 2015-ci ilin yanvar ayından Yunanıstanın XİN rəhbəridir.
Nikos Kotzias – XİN başçısı
42-ciparalel.az
