Məktəbdə biabırçılıq: əxlaqsız müəllim şagirdlə tutuldu

0
1749455448.5436769



25 yaşlı müəllim



Cillian Lafeyv sinif otaqlarından birində 16 yaşlı şagirdlə cinsi əlaqədə olarkən tutulub.


42-ciparalel.az KNTV-yə istinadən bildirir ki, olay ABŞ-ın Nevada ştatında, Las-Veqas şəhərindəki “Valley High School”da baş verib.


Müəllim şagirdlə intim əlaqələrinin olduğunu qətiyyətlə təkzib edir.


Fəqət polis müəllimin və şagirdin mobil telefonlarında 13 mindən artıq “sevgi” SMS-i aşkarlayıb. Bu SMS-lərdə Cillian şagirdini “oğlum”, şagird isə tərbiyəsiz müəllimi “ana” adlandırır.


Şagird polisdə verdiyi ifadəsində Cillian Lafeyvi sevdiyini söyləyib.


Cillian Lafeyv “Valley High School”da ingilis dili müəllimidir. Onun atası bu məktəbdə bədən tərbiyəsi müəllimi işləyir.


“Bütün bunlar biabırçılıqdır. Mən məktəbdə oğlumun təhlükəsizlikdə olduğunu düşünürdüm”, – şagirdin anası Rakel Martines deyib.


C.Lafeyv həbs olunub. Onun işi ilə bağlı ilk məhkəmə iclası martda keçiriləcək.





Həbs edilmiş müəllim ailəlidir və bir övladı var.


42-ciparalel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir