Search for:

ABŞ İsrailə qarşı Türkiyəni müdafiə etdi

Paylaş:


İsrailin sonuncu bəyanatı həqiqətə uyğun deyil.

ABŞ


Türkiyənin İŞİD terror qruplaşması ilə neft ticarəti etməsi ilə bağlı səsləndirilən iddiaları rədd edib. 42-ciparalel.az-ın məlumatına görə, bu barədə ABŞ


Dövlət Departamentinin


keçirdiyi brifinqdə bildirilib.


“İsrail və Yunanıstan rəsmi şəxslərinin Türkiyənin İŞİD terror qruplaşması ilə neft ticarəti barədə söylədikləri həqiqətə uyğun deyil”, – deyə Dövlət Departamentinin sözcüsü Mark Toner bildirib.









Mark Toner – Dövlət Departamentinin sözcüsü




Ötən gün İsrailin müdafiə naziri


Moşe Yalon


Türkiyəni İŞİD terror qruplaşması ilə neft ticarətində ittiham edib. Müdafiə naziri


Türkiyəni


ekstremist qruplaşmadan neft almaqda günahlandırıb.




“İŞİD terror qruplaşması çox uzun müddət öz neftinə görə türk pulunu alıb. Mən ümid edirəm ki, buna son qoyulacaq”, – deyə Moşe Yalon Afinada həmkarı ilə keçirdiyi görüşdən sonra jurnalistlərlə söhbətində bildirib.









Moşe Yalon – İsrailin müdafiə naziri

“Artıq Türkiyə hakimiyyəti terrorizmlə mübarizədə iştirak edib-etməyəcəyinə və hansı koalisiyanın üzvü olacağına qərar verməlidir”, – deyə nazir əlavə edib. Yaalon həmçinin rəsmi Ankaranı Suriyayla sərhədlərinə kifayət qədər nəzarət etməməyə görə pisləyib. Onun fikrincə, Türkiyə cihadçılara Avropadan Suriya, İraqa və oradan geri hərəkət etməyə icazə verib.







Daha əvvəl Türkiyəyə qarşı analoji ittihamları Rusiya müdafiə nazirliyi də səsləndirib. Rəsmi Moskva enerji resurslarları ilə ticarətdən İŞİD terror qruplaşmasının ildə 2 milyard dollar gəlir əldə etdiyini bildirib. Rusiya həmçinin Türkiyəni İŞİD-lə neft ticarətində ittiham edib. ABŞ höküməti keçən il Rusiyanın Türkiyənin İŞİD terror qruplaşması ilə qanunsuz neft ticarəti apardığına dair ittihamlarını da rədd etmişdi.









Türkiyə Suriya sərhədi xəritədə




“Türkiyə höküməti İŞİD-dən neft alıb Türkiyəyə keçirir. Bu, Rusiyanın irəli sürdüyü ittihamdır və bu ittihamı rədd edirəm. Sərhəd regionunda qanunsuz neft ticarətinin olub-olmadığı ilə bağlı söhbətlər on illərdir davam edir və biz bu məsləni həll etməyə çalışırıq”, – deyə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirmişdi.









Rusiya prezidenti Vladimir Putin və FIDE prezidenti Kirsan İlyumjinov




Ağ Ev sözcüsü qeyd etmişdi ki, əgər Rusiya lideri İŞİD-in qanunsuz maliyyəşdiriləməsindən narahatdırsa, o zaman Rusiya Suriya prezidenti Bəşər Əl-Əsədlə maraqlanmalıdır. Bir qədər əvvəl Vaşinqton Suriya hökümətini İŞİD-dən neft almaqda ittiham edib və İŞİD ilə Bəşər Əl-Əsəd arasındakı neft ticarətinə vasitəçilik etdiyinə görə ikili Suriya-Rusiya vətəndaşlığı olan biznesmen Corc Həsvaniyə qarşı sanskiyalar tətbiq edib.




Qeyd edilib ki, Suriyanın neftlə zəngin torpaqları Bəşər Əsədin nəzarətindən çıxaraq terrorçuların əlinə keçib. Bu səbəbdən də Əsəd “qara qızıl”ı İŞİD-dən almağa məcbur olub. ABŞ rəsmiləri həmin ticarətə vasitəçilik edən şəxslərin adlarını açıqlayaraq onların mülkünə həbs qoyub.


Adları çəkilənlərdən ikisi isə xüsusilə diqqət çəkir. Onlardan biri Suriyada anadan olan Rusiya vətəndaşı Corc Həsvanidir. O, “HESCO Mühəndislik və İnşaat” (HESCO Engineering & Construction) adlı şirkətin köməyi ilə alış-satışa vasitəçilik edib. Onun fəaliyyətini Avropa İttifaqı da təsbit edib və həmin şəxsin adını qara siyahıya salıb. Avropa İttifaqının qara siayshısında olan digər şəxs isə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti və Rusiya vətəndaşı


Kirsan İlyumjinovdur


. Onun Suriya Mərkəzi Bankının əməliyyatları gizlətməsinə və qeydiyyatdan yayındırmasına köməklik göstəridiyi deyilir.

42-ciparalel.az

Paylaş: