Şəhidlər məscidi açılır (FOTO)

0
1749455568.9610932


Məsciddə təmir işləri bir aya yekunlaşacaq.

“Türkiyə Dəyanət İşləri Vəqfi” tərəfindən tikilən və təmirə bağlanan

Şəhidlər məscidinin

işlək vəziyyətdə olmaması düzgün deyil”.


42-ciparalel.az-ın məlumatına görə, bu barədə

Azərbaycan Respublikasının


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin

sədri

Mübariz Qurbanlı

deyib. Onun sözlərinə əsasən, məscid sadəcə təmir işləri ilə bağlı fəaliyyətini dayandırıb.


Qurum sədri deyir ki, hazırda insanların kütləvi istifadəsi ilə bağlı müzakirələr gedir. “Sadəcə məscid elə yerdə yerləşir ki, ora çoxlu insan gəldikdə yolda problem yaranır. Amma gələcəkdə bu məsələyə baxılacaq”.







Mübariz Qurbanlı – Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri


“Bakının mərkəzində yerləşən Şəhidlər məscidində təmir işləri yekunlaşmaq üzrədir. İşlər

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH)

tərəfindən aparılır”. BŞİH mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova 42-ciparalel.az-a açıqlamasında bu barədə məlumat verib. O, məscidin təmirinin bir aya yekunlaşacağı və bundan sonra istifadəyə veriləcəyini bildirib.


“Türkiyə Dəyanət İşləri Vəqfi” tərəfindən inşa etdirilən Şəhidlər məscidi 28 iyun 1996-cı ildə açılıb. İbadət ocağı 2008-ci ildən təmirə bağlanıb.


Bir neçə gün öncə məscidin minarələrinin üzərində təmir başlayıb.










Şəhidlər məscidi

42-ciparalel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir