Tabutda silah qaçırmağa çalışan terrorçular tutulub
Qarşıdurma zamanı 3 terrorçu zərərsizləşdirilib, 9 terrorçu isə yaralanıb.
Türkiyənin
Şırnak
vilayətinin
Cizrə
rayonu ərazisində təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında silahlı qarşıdurma baş verib. İnsident zamanı 3 terrorçu zərərsizləşdirilib, 9 terrorçu isə yaralanıb.
42-ciparalel.az-ın məlumatına görə, qarşıdurma zamanı yaralı PKK terrororçuları Cizrə rayonu bələdiyyəsinə aid təcili yardım maşını ilə ərazidən qaçırmağa çalışıblar. PKK terrorçularının tabutun içində qaçırmağa çalışdığı silah sursat isə təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilib.

Türk Silahlı Qüvvələri və təhlükəsizlik əməkdaşları birgə əməliyyatda təhlükəsizlik qüvvələri
PKK terrorçularla
tez-tez təmasa girir. Bu çərçivədə terrorçuların kompakt yaşadığı olduğu Cudi məhəlləsində bir qrup terrorçu ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib. Qarşıdurmada üç terrorçu zərərsizləşdirilib, 9 terrorçu isə yaralanıb.
Yaralılar və terrorçularının cəsədləri təhlükəsizlik qüvvələrinin nəzarəti altında Cizrə Dövlət Xəstəxanasına aparılıb. Yaralananlardan birinin isə televiziya əməkdaşı olduğu bildirilib


42-ciparalel.az
