DTX əməkdaşının əlində qumbara partladı – BAKIDA

0
1749455648.9562082

Yeni yaradılan Dövlət Təhülükəsizlik Xidmətinin Bakıda yerləşən əsas binasında hadisə baş verib.
42-ciparalel.az-ın  verdiyi xəbərə görə, hadisə bir neçə gün öncə təhlükəsizlik xidmətinin əməkdaşları ilə keçirilən təlim zamanı olub.
Xidmətin şöbə rəisi, 1968-ci il təvəllüdlü, polkovnik-leytenant Mustafayev təlim keçən zaman əl qumbarasının zapalı partlayıb. Mustafayev üz nahiyəsinin yanıq xəsarəti ilə Dövlət Təhlükəsizlik Xidmətinin hospitalına yerləşdirilib.

42-ciparalel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir