Azərbaycanda 29 minə yaxın şəxsə işsiz statusu verilib

0
1749455630.354936

Azərbaycanda rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 28,9 min nəfərdir.

42ciparalel.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2016-cı il yanvarın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin 38,6 faizini qadınlar təşkil edib.

İşsizlik statusuna malik olanların çoxu – 12 113-ü Bakı şəhəri üzrə qeydiyyata alınıb. İşsizlik statusuna malik olanların 1543-ü işsizliyə görə müavinət alır. İşsizliyə görə müavinətin orta məbləği 262,3 manat olub.


42-ciparalel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir