“Manatın denominasiyasına lüzum yoxdur” – Mərkəzi Bank

0
1749455714.8672814


“Azərbaycan manatının denominasiyasını həyata keçirməyə lüzum yoxdur”.



42-ciparalel.az-ın xəbərinə görə, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elmar Rüstəmov bildirib.

E. Rüstəmovun sözlərinə görə, sosial şəbəkələrdə yeni pul nişanlarını çap olunması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir: “Bu, uydurmadır. Bildiyiniz kimi, denominasiyanı həyata keçirmək üçün milli valyutada qüsurlar olmalıdır. Bundan başqa, hiperinflyasiya olmalıdır. Hal-hazırda Azərbaycanda hiperinflyasiya müşahidə olunmur və milli valyutada qüsurlar yoxdur. Buna görə, indiki şəraitdə denominasiyaya lüzum yoxdur”, – deyə E. Rüstəmov bildirib.


42-ciparalel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir