XİN: Dağlıq Qarabağ münaqişəsi davam etdikcə Türkiyə-Ermənistan münasibətləri düzəlməyəcək

0
1749455782.2937624

Dağlıq Qarabağ münaqişəsi davam etdikcə Türkiyə-Ermənistan münasibətləri düzəlməyəcək.

42-ciparalel.az məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qaziantep Universitetində keçirilən “Səkkizinci beynəlxalq səfirlər” konfransında çıxışında deyib.


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə toxunan M.Çavuşoğlu Azərbaycan torpaqlarının 20 faizinin təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanıldığını, Türkiyə hökumətinin ATƏT-in Minsk qrupu çərçivəsində qardaş Azərbaycana bu münaqişənin ədalətli həlli üçün hər cür dəstək verdiyini bildirib.


Nazir vurğulayıb ki, Türkiyə Dağlıq Qarabağ məsələsinə özünün problemi kimi yanaşır.


M.Çavuşoğlu Türkiyə-Ermənistan əlaqələrinin normallaşmadığını xatırladaraq, Dağlıq Qarabağ münaqişəsi davam etdikcə bu münasibətlərin düzəlməyəcəyini bildirib.


42-ciparalel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir