Küçədə 78 yaşlı kişi meyiti tapıldı

0
1749455769.2440562


Tibbi ekspertiza olunan meyitin ölüm səbəbləri araşdırılır.

Bu gün səhər saat 08:40 radələrində


Xaçmazın


Xudat şəhərində kişi meyidi tapılıb.




42-ciparalel.az məlumatına görə, hadisə yerinə Xaçmaz polis şöbəsinin Xudat bölməsinin və Xaçmaz prokurorluğunun əməkdaşları gəlib.


Xudat polisi meyitin kimliyini aydınlaşdırıb. Xudat polis bölməsinin rəisi Zaur Bayramovdan aldığımız məlumata görə, meyit 78 yaşlı, Xaçmazın Mollaburhan kəndinin sakini Naşeh Fateh oğlu Məmmədova məxsusdur.


Onun Xudatda küçə arxının yanında ölü tapılmasının, ölümünün səbəblərini Xaçmaz prokurorluğu araşdırır.


Meyit tibbi ekspertiza olunub. Meyitin üzərində heç bir zorakılıq əlaməti olmayıb. Ölümün səbəbləri araşdırılır.

42-ciparalel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir