Bulvara yeni rəis təyin olundu

0
1749455814.3545432

Prezident İlham Əliyev bu gün imzaladığı növbəti sərəncamla Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə yeni rəis təyin edib.

Sərəncamda qeyd olunur ki, İlqar Əziz oğlu Mustafayev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəisi təyin edilsin.

Qeyd edək ki, İlqar Əziz oğlu Mustafayev bir neçə ay əvvəl Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinə rəis təyin olunmuşdu.

42-ciparalel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir