Uorlik Dağlıq Qarabağ münaqişəsini Londonda müzakirə etdi

0
1749455864.162453


Bu barədə Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.


ATƏT-in

Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik

Dağlıq Qarabağ münaqişəsi

ilə bağlı

Britaniya

Xarici İşlər Nazirliyində məsləhətləşmələr aparıb.




42-ciparalel.az-ın  məlumata görə, Britaniyanın Azərbaycandakı səfirliyinə istinadən verdiyi məlumata görə, o, ölkənin Avropa məsələləri üzrə naziri Devid Lidinqtonla görüşüb.

Devid Lidinqton və Ceyms Uorlik




Görüşdə ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.




C. Uorlik həmçinin region üzrə ekspertlər, hökumət nümayəndələri, QHT sektoru üzvləri və akademik dairələrin təmsilçilərinin iştirakı ilə keçirilən dəyirmi masaya qatılıb.




Amerikalı həmsədr həmçinin Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktorluğunun rəhbəri Maykl Tethemlə görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son hadisələr müzakirə edilib.


42-ciparalel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir