Dünyanın ən bahalı brilyantı satışa çıxarıldı

0
1749456337.7679305

42-ciparalel.az

Çəhrayı rəngli qiymətli daşı naməlum alıcı əldə edib

Dünyanın ən bahalı brilyantlarından biri

İsveçrədə məşhur “Christie”s hərracında

satışa çıxarılıb.




“Christie”s hərracında satışa çıxarılan çəhrayı brilyantın ölçüsü 16.08 karatdır. Onun unikallığı isə əsasən rənginə görədir. Dünyada çəhrayı rəngli brilyanta nadir hallarda rast gəlindiyindən onun qiyməti yüksək olur.




Hərracın sonunda adının açıqlanmasını istəməyən bir nəfər onu 28 milyon 500 min dollara əldə edib. Bura əlavə rüsumlar da daxildir. Bu cür qiymətli əşyaların əsas alıcıları Çindəki milyonçular sayılır. Amma son dövrlər

Çində

iqtisadi inkişafın aşağı düşməsi brilyant ticarətində durğunluq yaradıb.







Çəhrayi brilyant




Xatırlasaq ki, Cenevrədə “Sotheby’s” hərracında çəkisi 59,60 karat olan çəhrayı brilyant 68 milyon İsveçrə frankına (74,1 milyon ABŞ dolları) satılıb. O, hərraca çıxarılan ən bahalı qiymətli daş olub.




Alıcı mükafatlarını nəzərə alaraq daşın satış qiyməti 83,18 milyon dollar təşkil edib, hərracın özü isə cəmi beş dəqiqə çəkib. Qiymətli daşın yeni sahibi zalda olsa da, onun adı açıqlanmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir