İlham Əliyev S-300-lərə baxış keçirdi ( FOTO )

0
1749456344.152426

42-ciparalel.az

Ali Baş Komandan şəxsi heyətin praktiki fəaliyyəti və döyüş növbətçiliyi ilə tanış olub.


Ali Baş Komandan Prezident


İlham Əliyev




S-300 PMU-2 Favorit Zenit Raket Briqadasına


baxış keçirib.



İlham Əliyev Raket briqadasına baxışı Müdafiə Nazirliyinin Hərbi-Hava Qüvvələrinin N hərbi hissəsinin hərbi şəhərciyində yaradılan şəraitlə tanış olduğu zaman keçirib.


Hərbi hissənin raket anbarında olan Ali Baş Komandan şəxsi heyətin praktiki fəaliyyəti və döyüş növbətçiliyi ilə tanış olub.


Prezident İlham Əliyevə anbar, raketlər və raketlərin döyüş mövqeyinə daşınması üçün nəzərdə tutulan texnikalar barədə də məlumat verilib.


Müdafiə naziri general-polkovnik


Zakir Həsənovun


müşayiəti ilə İlham Əliyev həmçinin bu il sentyabrın 15-də cəbhənin


Ağdam


istiqamətində


Ermənistanın


hərbçilərimiz tərəfindən məhv edilmiş X-55 pilotsuz uçan aparatının qalıqlarına baxıb.




S-300 PMU-2 Favorit Zenit Raket Briqadası


Prezident İlham Əliyevə həmçinin texnika parkı haqqında da məlumat verilib. Buradakı müasir texnikalar döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirməyə qadirdir. Parkda, həmçinin texnikaya texniki xidmət, təmir və yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir.


Ali Baş Komandana


Müdafiə Nazirliyinin


Hərbi-Hava Qüvvələrinin


bir sıra hərbi texnikası barədə məlumat verildi. Bildirildi ki, döyüşün idarəetmə məntəqəsi də ən müasir hərbi avadanlıqla təchiz edilib.


Dövlət başçısı təlim-məşq kompleksi ilə tanış oldu. Kompleksdə döyüş növbətçiliyinin aparılmasının təşkili, şəxsi heyətin döyüş texnikası ilə işləmə səriştələri yoxlanılır.


Sonra Prezident, Ali Baş Komandan raketlərin start mövqeyinə gəldi, burada atıcı qurğulara baxdı.


Prezident İlham Əliyev həmçinin hərbi hissədəki, əsgər yeməkxanası və yataqxanasında da olub.





Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir