Nəqliyyat Nazirliyi 3 milyona yol çəkəcək – SƏRƏNCAM

0
1749456383.2884715

42-ciparalel.az

Prezident İlham Əliyev Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Maliyyə Nazirliyinə Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin tikintisi məqsədi ilə Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılmasını təmin etmək tapşırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir