Gözlərin tez-tez qaşınma səbəbi

0
1749456367.305881

42-ciparalel.az

Gün ərzində gözlərimiz toz və çirkin təsiri ilə qaşına bilər. Ancaq bu, hər gün təkrarlanır və intensiv xarakter alırsa, dərhal həkimə müraciət etmək lazımdır.

Həkimlər gözlərdə qaşınmanı təhlükəli göz xəstəliyinin ilk əlaməti hesab edirlər. Məsələn, eynəkdən istifadə etməyinizə baxmayaraq, ətrafı bulanıq görürsünüzsə və tez-tez gözləriniz qaşınırsa, deməli, keratokonus xəstəliyi ehtimalı üzərində düşünməyə dəyər. Həmin xəstəlik, adətən, özünü 15-25 yaşlarında olan gənclərdə büruzə verir.

Gözlərinizdə qızartı, sulanma varsa, ilk tibbi yardım kimi, soyuq su ilə və ya qara çayla kompres edin. Daha sonra həkimə müraciət edib müalicəyə başlayın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir