Search for:

“Euronews”: Dolma Azərbaycan mətbəxinin kraliçasıdır

Paylaş:


Azərbaycan mətbəxinin əsl kraliçası dolmadır. Bu yeməyə olan sevgi ölkənin bütün bölgələrini və millətlərini istisnasız birləşdirir. Azərbaycan dolması YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil olub



42-CiParalel.az


xəbər verir ki, Azərbaycan mətbəxinin kraliçası olan dolma haqqında “Euronews” telekanalının müxbiri Qalina Polonskaya danışıb:


“Dolma Azərbaycan mətbəxinin sütunlarından biridir. Ölkədə bu yeməyin 386 növü məlumdur. Dolmanın bükülməsi zərgərlik nümunəsidir”.


“Ət, düyü, göyərti, soğan, üzüm yarpağı: Azərbaycan dolmasının uğurlu olmasının sirlərindən biri yerli, təbii, təzə məhsullardır”, – Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktorunun müavini Ceyran Əsgərova deyib.


O, nənəsigildə dolmanın hazırlanmasını öyrənib. Şəxsi reseptini gələcək nəsillərə ötürmək burada ənənədir.


Ceyran Əsgərova deyir:


“Prosesin çətin tərəfi ondan ibarətdir ki, dolma balaca olmalıdır, qəşənq bükülməlidir, dəyirmi olmalıdır, hazırlanma zamanı yarpaqlar dağılmamalıdır”.


“Azərbaycan bayram süfrəsini dolmasız təsəvvür etmək mümkün deyil”, – reportajda qeyd edilib.

Paylaş: