Xəzərdə batan şəxslərin meyitlərinin tapılması niyə uzun çəkir? – VİDEO
Xəzərdə həftələrdir davam edən axtarışlar…
42-ciparalel.az Bizim.media-ya istinadən “xezerxeber.az”a istinadla xəbər verir ki, Şüvəlan qəsəbəsində 6 iyulda dənizdə batan 19 yaşlı Zeynəb Məmmədzadənin axtarışları 24, Bilgəhdə “Daçnik” adlanan ərazidə 7 iyulda batan 23 yaşlı Rəsul Hüseynovun axtarışları 23, Mərdəkanda isə 15 iyulda dənizdə batan 22 yaşlı Elgün Qarayevin axtarışları isə artıq 15 gündür davam edir. Elə həmin ərazidə iyulun 28-i batan 17 yaşlı Nurlan İsmayılzadənin meyitini isə xilasedicilər bu gün tapıb ailəsinə təhvil verə biliblər.
Bəs dənizdə batan şəxslərin tapılması niyə bəzən bu qədər uzun çəkir?
Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi bildirir ki, axtarışların müddəti hadisənin baş verdiyi ərazi, hava şəraiti və dənizdəki hidrometeoroloji vəziyyətdən asılı olaraq dəyişir. Eyni zamanda Xəzərin dərinliklərində baş verən struktur dəyişikliyi də prosesə təsir göstərir.
Nazirlik rəsmisinin sözlərinə görə, digər əsas səbəblərdən biri isə boğulma hadisələrinin nəzarətsiz, çimərlik kimi nəzərdə tutulmayan ərazilərdə baş verməsidir. Nəzarətsiz ərazi təkcə, boğulma riskinə görə yox, həm də axtarışların çətinliyi baxımından təhlükəli hesab edilir. O da qeyd edildi ki, Bakıda güclü küləklər çimərlik ərazilərində dənizaltı dəyişikliklərə səbəb olur.
Nazirlik vətəndaşlara bir daha yalnız nəzarət olunan çimərliklərdə çimməyi, küləkli hava şəraitində dənizə girməməyi və xilasedicilərin xəbərdarlıqlarına əməl etməyi tövsiyə edir.
42-ciparalel.az Bizim.media-ya istinadən
