Dünyaşöhrətli DJ Parisdəki evində ölü tapıldı

Fransız elektron musiqisinin tanınmış simalarından olan DJ Kavinski vəfat edib.

42-ciparalel.az Kulis.az-a istinadən xəbər verir ki, Paris prokurorluğu onun ölüm səbəbinin araşdırılması üçün təhqiqata başlanıldığını, ilkin baxış zamanı hadisə yerində hər hansı şübhəli məqamın aşkarlanmadığını bildirib.

Əsl adı Vensan Belorje olan Kavinski xüsusilə Rayan Qoslinqin baş rolda çəkildiyi “Drive” filminin soundtreki olan “Nightcall” mahnısı ilə dünya şöhrəti qazanmışdı.

Qeyd edək ki, o, son olaraq Paris 2024 Yay Olimpiya Oyunlarının bağlanış mərasimindəki möhtəşəm şousu ilə yadda qalmışdı.