Reanimasiyaya yerləşdirilən Murat Cemcirdən açıqlama

Məşhur aktyor Murat Cemcir çətin müalicə prosesindən sonra səhhəti ilə bağlı açıqlama verib.
42-ciparalel.az Kulis.az-a istinadən xəbər verir ki, reanimasiya günlərindən danışarkən “Ölümdən döndüm” ifadəsi ilə diqqət çəkib.
“Düğün Dernek”, “Kardeş Payı” və “Çalgı Çengi” kimi layihələrdə yer alan aktyor ötən günlərdə evində qəfildən halı pisləşərək xəstəxanaya yerləşdirilib və reanimasiya şöbəsinə alınıb.
Daxili qanaxma keçirdiyi məlum olan sənətçi dərhal reanimasiyaya yerləşdirilib. Üç gün davam edən reanimasiya prosesindən sonra evə buraxılan Murat Cemcir yaşadığı çətin günlər barədə məlumat verib.
“Üç gecə reanimasiyada qaldıqdan sonra… 72 saat gözləmək… Ömrümün keçmək bilməyən ən uzun saatları idi”, – deyən Cemcir xəstəxana işçilərinə və ona dua edən hər kəsə təşəkkür edib. Aktyor “Tibb əlbəttə ki, əlindən gələni etdi və edəcək də… Əməliyyat proseslərimi dəyərləndirəndə anladıq ki, Allah qoruyub”, – deyə bildirib.
