KL: “Zirə” Gürcüstan səfərində – YENİLƏNİR

“Zirə” bu gün Konfrans Liqasının I təsnifat mərhələsində cavab oyununu keçirəcək.
42-ciparalel.az Apasport.az-a istinadən xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri Gürcüstanda “Torpedo” ilə üz-üzə gələcək.
“Şengeliya Arena”da oynanılacaq matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Bu komandalar arasında ilk oyunda “Zirə” 3 cavabsız qolla qələbə qazanıb.
Cütün qalibi növbəti mərhələdə “Hegelmann” (Litva) – “Payde” (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.
20:00. “Torpedo” (Gürcüstan) – “Zirə” (Azərbaycan)
Baş hakim: Mihali Kapray
İlk oyun – 0:3
