Qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

Suraxanı rayonunda oğurluq hadisəsi qeydə alınıb. Rayon ərazisində yerləşən evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları talanıb.

Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı S.Hüseynova müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin taladığı qızıl-zinət əşyalarının bir qismini satdığı məlum olub.

Araşdırma davam etdirilir.