Lamin Yamal: “Həlledici oyunlarda daha yaxşı çıxış edirəm”

İspaniya millisinin və “Barselona”nın gənc ulduzu Lamin Yamal həlledici qarşılaşmalarda daha yüksək səviyyədə çıxış etdiyini bildirib.

Vətəninfo.az xəbər verir ki, 21 yaşlı futbolçu qeyd edib ki, qrup mərhələsində ən yaxşı oyununu göstərməməsi onu narahat etmir.

“Böyük oyunlara, yarımfinala və ya finala nə qədər yaxınlaşsaq, bir o qədər yaxşı oynayıram. Qrup mərhələsində heç vaxt ən yaxşı futbolçu olmamışam, amma bu məni narahat etmir. Özümü sübut etmək üçün fürsətim olacağını bilirəm. Ümid edirəm ki, Belçikaya qarşı keçirəcəyimiz oyun bütün komandamız üçün möhtəşəm alınacaq”, – deyə Yamal bildirib.

Qeyd edək ki, Lamin Yamal son aylarda həm “Barselona”, həm də İspaniya millisində göstərdiyi uğurlu çıxışı ilə Avropa futbolunun ən perspektivli oyunçularından biri hesab olunur.