“Napoli”nin sabiq futbolçusu II Liqa klubunda – RƏSMİ

İtaliyalı hücumçu Lorenzo İnsinye karyerasını “Sampdoriya”da davam etdirəcək.
42-ciparalel.az Apasport.az-a istinadən xəbər verir ki, Genuya təmsilçisi sabiq “Napoli” futbolçusunun transferini rəsmən açıqlayıb.
34 yaşlı oyunçu ilə 2027-ci ilin iyun ayınadək qüvvədə olacaq müqavilə imzalanıb.
Qeyd edək ki, İnsinye bu ilin yanvar ayından “Peskara”nın formasını geyinirdi. Komanda ötən mövsüm Serie B-ni sonuncu pillədə başa vurub. Təcrübəli futbolçu həmin müddətdə keçirdiyi 13 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
