İran Səhiyyə Nazirliyi: ABŞ-ın son hücumlarında 14 nəfər ölüb, 78 nəfər yaralanıb

ABŞ-ın İrana son bir neçə gün ərzində həyata keçirdiyi hücumlarında 14 nəfər ölüb, 78 nəfər xəsarət alıb.

42-ciparalel.az APA-a istinadən, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

“Yaralılar arasında 47 nəfər hələ də xəstəxanadan evə buraxılmayıb. Digərləri isə lazımi tibbi xidmət göstərikdikdən sonra evə buraxlıb”, – Səhiyyə Nazirliyinin rəsmisi bildirib.

Qeyd edək ki, ABŞ ötən gecə İranda 90-a yaxın hədəfə zərbə endirdiyini bildirib.

İran isə buna cavab olaraq, Bəhreyn və Küveytdə yerləşən ABŞ bazalarına zərbələr endirib.