Ağdamda ata və iki övladı faciəvi şəkildə öldü

Ağdamda bədbəxt hadisə baş verib.

42-ciparalel.az  APA-ya istinadən bildirir ki, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində yerləşən Xatın su anbarında qeydə alınıb.

İlkin məlumata əsasən, ata iki azyaşlı övladı ilə birlikdə su anbarında çimərkən batıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.