Ukrayna 6,6 milyard avro hərbi yardım istəyir – Reuters

Reuters agentliyinin məlumatına görə, Ukrayna Avropa Birliyi tərəfdaşlarından Avropa Sülh Fondu çərçivəsində hərbi yardım üçün ayrılan 6,6 milyard avronu cəbhə xəttində yaradılan “fürsət pəncərəsi”nə yönəltmələrini xahiş edir.
Vətəninfo.az xəbər verir ki, Ukraynanın müdafiə naziri Mixail Fedorovun agentliyin əldə etdiyi məktubda yazdığı kimi, Kiyevin bu il ümumi müdafiə ehtiyacları təxminən 136 milyard avro olaraq qiymətləndirilir ki, bunun da yalnız 53 milyard avrosu Ukrayna dövlət büdcəsi tərəfindən ödənilir.
Fedorov qeyd edib ki, Ukrayna bu il müdafiə məqsədləri üçün Aİ-nin 90 milyard avroluq kreditindən təxminən 28,3 milyard avro almalıdır, lakin bu məbləği və Kiyevin öz vəsaitlərini nəzərə alsaq belə, müdafiə sektorundakı “əhəmiyyətli” maliyyə ehtiyacları hələ də ödənilməyib.
Məktubda deyilir: “Avropa Müdafiə Fondunun vəsaitləri bu il Ukraynanın müdafiə səylərinə ən əhəmiyyətli Avropa investisiyalarından biri ola bilər, amma bu resurslar ən böyük hərbi effektivliyə malik olacaq yerlərə yönəldildiyi təqdirdə”.
İyunun 17-də keçirilən mətbuat konfransında Fedorov bildirib ki, Kiyev Ramşteyn format qrupundan əlavə 20 milyard dollar hərbi maliyyələşdirmə tələb edir.
