Əcəmi Naxçıvani haqqında çəkilən filmin çəkilişlərinə başlanıldı

Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) həyata keçirdiyi “Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində növbəti filmin çəkilişlərinə başlanılıb.

42-ciparalel.az Kulis.az-a istinadən xəbər verir ki, dövlət sifarişi ilə “Şahdağ Film” tərəfindən lentə alınan “Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” bədii-sənədli filmi memarın 900 illiyinə həsr olunub.

Ekran əsəri Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ərsəyə gətirilir. Filmin çəkilişi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının dəstəyi ilə Şuşa şəhərində, Gəncə şəhərində, Qaradağ rayonunda, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində həyata keçirilir. Filmin bu ilin oktyabrına kimi təhvil verilməsi planlaşdırılır.