Yaxın saatlarda bu ərazilərdə leysan olacaq – XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Qurumdan 42-ciparalel.az-ya verilən məlumata görə, yaxın saatlarda Abşeron yarımadasının bəzi şəhərətrafı ərazilərində qısamüddətli leysan yağışla birlikdə dolu prosesinin olacağı ehtimal olunur.
Qeyd edək ki, iyunun 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
