Sabah ölkədə qısa iş günü olacaq

Sabah Azərbaycanda qısa iş günü rejimi tətbiq olunacaq.
Belə ki, qüvvədə olan əmək qanunvericiliyinə əsasən, bayram günündən əvvəlki iş gününün müddəti bir saat azaldılır. Bu qayda bəzi hallar istisna olmaqla, əksər iş yerlərinə şamil edilir.
Qeyd edək ki, iyunun 26-sı Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd olunur.
