Nijni Novqoroda dron hücumu nəticəsində iki nəfər ölüb

Rusiyanın Nijni Novqorod vilayətində dron hücumu nəticəsində iki nəfər ölüb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə vilayət qubernatoru bildirib. Onun sözlərinə görə, daha iki nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.

Ukraynanın Sevastopola dron hücumundan sonra şəhər elektriksiz qalıb. Region rəhbərliyi yerli sakinlərə telefon batareyalarını qorumağı və onlardan yalnız təcili rabitə üçün istifadə etməyi tövsiyə edib, həmçinin elektrik enerjisi yenidən qoşulduqda bütün elektrik cihazlarını birdən yandırmamağı xahiş edib.

Sevastopolda elektrik kəsilməsi səbəbindən trolleybusların işləməyəcəyi və uşaq bağçalarının xüsusi növbətçilik qrupu rejiminə keçəcəyi bildirilib.