Yeni Zelandiyanın seriyası qırıldı – Belçikanın rekorduna çata bilmədi

Yeni Zelandiyanın seriyası qırıldı – Belçikanın rekorduna çata bilmədi

Yeni Zelandiya millisinin dünya çempionatlarında davam edən heç-heçə seriyası başa çatıb.

42-ciparalel.az Apasport.az-a istinadən xəbər verir ki, komanda DÇ-2026-nın G qrupunun II turunda Misirə 1:3 hesabı ilə uduzub.

Bununla da Yeni Zelandiya mundiallardakı ardıcıl heç-heçə seriyasını davam etdirə bilməyib.

Komanda buna qədər dünya çempionatlarında keçirdiyi 4 oyunda meydanı bərabərliklə tərk etmişdi.

Yeni Zelandiyalılar bu göstəricidə Belçika millisinin rekorduna yaxınlaşsa da, onu təkrarlaya bilməyiblər. Dünya çempionatlarında ardıcıl heç-heçə üzrə rekord Belçikaya məxsusdur – 5 oyun.

Qeyd edək ki, DÇ-2026-nın qrup mərhələsi iyunun 11-dən 27-dək davam edəcək.