Pakistan Baş naziri və ordu komandanı ABŞ-İran danışıqları üçün İsveçrəyə səfər edib – YENİLƏNİB

Pakistan Baş naziri Şahbaz Şərif və Silahlı Qüvvələrin Baş komandanı, eyni zamanda Quru Qoşunlarının komandanı feldmarşal Asim Munir ABŞ-İran danışıqlarında iştirak etmək üçün İsveçrənin Bürgenştok şəhərindədirlər.
42-ciparalel.az APA-a istinadən, bu barədə Pakistan Baş nazirin Ofisi məlumat yayıb.
Pakistan Baş naziri və feldmarşal iyunun 21-nə planlaşdırılmış müzakirələrdə iştirak edəcək.
***
saat 01.58
Pakistanın Baş naziri Şahbaz Şərif və Pakistan ordusunun komandanı feldmarşal Asim Munir ABŞ-İran danışıqlarında iştirak etmək üçün İsveçrəyə uçublar.
42-ciparalel.az APA-a istinadən, bu barədə Pakistan Baş nazirinin ofisi məlumat yayıb.
“Baş nazir yüksək vəzifəli nümayəndə heyəti ilə birlikdə İslamabaddan İsveçrəyə yola düşüb”, – məlumatda deyilir.
