“Oğrular pul kisəsini və ya canını tələb edir, qadınlar isə hər ikisini…” – İngilis yazıçıdan sitatlar

Bu gün ingilis yazıçı və tənqidçi Samuel Batlerin anım günüdür.
42-ciparalel.az Kulis.az-a istinadən onun əsərlərindən sitatları təqdim edir.
Belə hesab edilir ki, bütün fəlakətlərin kökü pula məhəbbətdədir. Eyni sözləri pulun olmaması barədə də söyləmək olar.
***
Bəşəriyyətin tərəqqisi hər bir insanın imkanlarından kənarda yaşamaq istəyinə əsaslanır.
***
Biz üz-üzə heç nə görə bilmirik; bizim ən yaxşı görmə qabiliyyətimiz, dolu cibdə barmaqlarımızın ucları ilə kor-koranə işləməkdir.
***
Bütün fəlsəfələr son nəticədə absurddur, lakin bəziləri digərlərindən daha absurddur.
***
Dəbi axmaqlar icad edib, ağıllı insanlar isə ona əməl etməyə məcbur olurlar.
***
Dostluq pul kimidir, onu qazanmaq saxlamaqdan daha asandır.
***
Düşüncələrim səyahətdə tanış olan insanlar kimidir; əvvəlcə çox xoş görünürlər, amma bir qayda olaraq, tezliklə onlardan bezirəm.
***
Güzgüyə minnətdar olmalıyıq, çünki o, yalnız görünüşümüzü göstərir.
***
Həyat, xoşagəlməz fərziyyələrdən əlverişli nəticələr çıxarmaq sənətidir.
***
İnsan yemək niyyətində olduğu qurbanları yeyilənə qədər onlarla mehriban münasibətdə qala bilən yeganə heyvandır.
***
Nadana savad öyrətmək qocanı dağa çıxartmaq qədər çətindir.
***
Oğrular pul kisəsini və ya canını tələb edir, qadınlar isə hər ikisini…
***
Pul – sona qədər sadiq olan son dostdur.
***
Yalanı kifayət qədər sakit qəbul edirəm. Yalnız səhvlər məni əsəbiləşdirir.
***
Yalnız iki cür müəllim var: çox öyrədənlər və heç öyrətməyənlər.
