DÇ-26: İkinci tura start verilir – YENİLƏNİR

2026-cı il dünya çempionatında A qrupunun II turuna start veriləcək.

42-ciparalel.az Apasport.az-a istinadən xəbər verir ki, turun ilk oyununda Çexiya millisi Cənubi Afrika Respublikası ilə qarşılaşacaq.

Görüş bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Hər iki komanda ilk turda məğlubiyyətlə üzləşib. Çexiya Cənubi Koreyaya 1:2, CAR isə Meksikaya 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, A qrupunun digər oyununda Meksika Cənubi Koreya ilə qarşılaşacaq.

Dünya çempionatı
A qrupu, II tur
18 iyul

20:00. Çexiya – CAR