Prezident: Biz Ermənistanın işğalçı qüvvələrinin xalqımıza qarşı etdiklərini heç vaxt yaddan çıxarmayacağıq

Biz Ermənistanın işğalçı qüvvələrinin xalqımıza, şəhərlərimizə qarşı etdiklərini heç vaxt yaddan çıxarmayacağıq, 65 məscidin dağıdılmasını yaddan çıxarmayacağıq.

42-ciparalel.az APA-a istinadən, bu sözləri Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında deyib.

Onların məscidlərdə donuz və digər heyvanlar saxladıqlarını vurğulayan dövlət başçısı bunu heç zaman yaddan çıxarmayacağımızı qeyd edib.