Prezident İlham Əliyev Niderlandın Baş naziri ilə telefonla danışıb

İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Niderland Krallığının Baş naziri Rob Jetten ilə telefonla danışıb.

Bu məlumat Azərbaycan Prezidentinin rəsmi X sosial media hesabında paylaşılıb.

Reportun paylaşımı belədir: “Bu gün Niderlandın Baş naziri Rob Jettendən (@MinPres) telefon zəngi aldım. Siyasi dialoqumuzu və iqtisadi əməkdaşlığımızı daha da dərinləşdirmək barədə razılığa gəldik. Həmçinin regional inkişaflar barədə fikir mübadiləsi apardıq və mən Niderlandın regionda davamlı sülh və sabitliyə dəstəyini alqışlayıram.”