Ağcaqanadlar üçün “ən dadlı” insan kateqoriyaları – Hədəfdə kimlər var?

Ağcaqanadlar insanları seçərkən bədənin xaric etdiyi müəyyən maddələri əsas götürürlər. Həşəratları xüsusilə insanın tərində və nəfəsində olan karbon qazı, süddə olan laktat turşusu (süd turşusu), ammonyak və digər kimyəvi birləşmələr cəlb edir. Bundan əlavə, ağcaqanadlar bədən temperaturuna (bədən istiliyinə) qarşı da çox həssasdırlar.

42-ciparalel.az Bizim.media-ya istinadən xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər bu həşəratların ən çox hücum etdiyi insan qruplarını və bunun səbəblərini müəyyənləşdiriblər.

Kimlər risk qrupundadır?

Araşdırmalara görə, ağcaqanadlar tərəfindən ən çox uşaq qrupuna və dişlənməyə məruz qalanlar bunlardır:
 

İdmançılar, şirniyyat sevənlər və hamilə qadınlar: Bu qrupdan olan insanlar ağcaqanadların əsas hədəfidir. Qidalanmada çoxlu sayda sadə karbohidratların olması maddələr mübadiləsinə təsir göstərir və bədənin xaric etdiyi maddələrin tərkibini dəyişir. Bu isə nəzəri cəhətdən həmin insanları həşəratlar üçün daha çox görünən və cəlbedici edir.

Şəkərli diabet xəstələri: Diabetdən əziyyət çəkən insanlar da yüksək risk qrupuna daxildirlər. Orqanizmdə karbohidrat mübadiləsi pozulduqda tərin tərkibi və bədənin təbii qoxusu dəyişir ki, bu da ağcaqanadları maqnit kimi özünə çəkir.

42-ciparalel.az Bizim.media-ya istinadən