Search for:

“Azərbaycanlılar Rusiya mədəniyyətinin bir hissəsidir”

Paylaş:

42-ciparalel.az

Moskvadakı Beynəlxalq Ticarət Mərkəzində


Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin


(RAGB) “RAGB: gənclərin layiqli gələcəyi naminə” mövzusunda VI Forumu keçirilib.



Forumda çıxış edən Rusiya prezidentinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi


Mixail Şvıdkoy


azərbaycanlıların Rusiya xalqına, mədəniyyətinə nə qədər yaxın olmasından danışıb.




“Bu gün əgər siz qarşınızdakı qapıların açılmasını istəsəniz, Azərbaycan və Rusiyada özünü sözün əsl mənasında tapa, çox gözəl təhsil ala bilərsiniz. Biz bu barədə ancaq xəyal edə bilərdik. Gələcəyinizin olmasını istəyirsinizsə, düşünməlisiniz, çox çalışmalısınız”, deyə Mixail Şvıdkoy bildirib.




Forumda RAGB-in fəaliyyəti haqqında sənədli film nümayiş etdirilib




Onun sözlərinə görə, azərbaycanlılar Rusiya mədəniyyətinin bir hissəsidir.




“Biz sizin həyatınızın bir hissəsi olduğu kimi siz də bizim həyatımızın bir parçasısınız. Biz artıq tarixi seçimimizi etmişik. Biz bir insanıq və bir-birimizə dərin bağlarla bağlıyıq. Mən bunu azərbaycanlı quda kimi deyirəm. Mənim oğlum azərbaycanlı qızla ailə həyatı qurub. Mən damarlarında azərbaycanlı, rus, yəhudi qanı axan nəvəmə baxanda onun xoşbəxt olması üçün hər şey etməyə hazıram”, deyə Putinin xüsusi nümayəndəsi bildirib.




Forumun işində


Heydər Əliyev Fondunun


vitse-prezidenti, AMOR-un sədri


Leyla Əliyeva


, Azərbaycanın təhsil naziri


Mikayıl Cabbarov


, gənclər və idman naziri


Azad Rəhimov


, Azərbaycanın Rusiyadakı səfiri


Polad Bülbüloğlu


, Rusiya Federasiya Şurasının vitse-spikeri


İlyas Umaxanov


, Dövlət Dumasının deputatı


Leonid Slutski


və digər şəxslər iştirak ediblər.




Leyla Əliyeva Forumda çıxış edərkən




Foyedə RAGB-in, IDEA (Ətraf mühitin qorunması naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin fəaliyyətinə həsr edilmiş fotosərgi açılıb. Həmçinin Heydər Əliyev Fondu öz nəşrlərini və XIX-XX əsrlərə aid milli geyimlər sərgisini təqdim edib.




“Rusiya ilə Azərbaycanın həmişə səmimi dostluq münasibətləri olub. Bizim ortaq tariximiz, ortaq qələbələrimiz və uğurlarımız var. Bizim ölkələrdə müxtəlif dinlərin, müxtəlif millətlərin və xalqların nümayəndələrinə rast gəlmək olar. Onlar sülh, həmrəylik və qarşılıqlı hörmət şəraitində yaşamağı bacarırlar”, deyə Leyla Əliyeva bildirib.

Paylaş: